AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Molla Pənah Vaqif: sələflər və xələflər – XVIII əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XV ənənəvi Respublika elmi konfransı keçiriləcək
İyn 07, 2017 | 11:39
Oxunub ( 434 )

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda  2017-ci ilin oktyabr ayında Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Molla Pənah Vaqif: sələflər və xələflər – XVIII əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XV ənənəvi Respublika elmi konfransının keçirilməsi nəzərdə tutulur.

Elmi məruzə ilə konfransda iştirak etmək istəyən tədqiqatçılar 1 sentyabr 2017-ci il tarixinədək məruzələrinin tam mətnlərini konfrans.elyazma@mail.ru elektron ünvanına göndərə bilərlər.
    Məruzələrin tərtibinə dair tələblər:
    - Kağızın formatı - A4, Word redaktorunda;
    - məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, böyük hərflərlə ortada olmalıdır;
    - müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, sol qıraqdan yazılmalıdır;
    - Həcmi - 5 səhifədən çox olmamalıdır;
    - Şrift - Times New Roman 12;
    - Sətirlərarası interval - 1,5;
    - İstinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 12);
    - məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.
    Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.
    Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015