AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Sonuncu ünvan...
Apr 24, 2017 | 01:04
Oxunub ( 544 )

Mayın 18-də saat 11:00-da Milli Azərbaycan Tarixi Muzeyin Hüseyn Cavidin Ev Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurası və  Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurası birgə təşkilatçılığı ilə “Sonuncu ünvanhttp://heb.science.gov.az.” adlı tədbir keçiriləcək. Tədbirdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin hazırladığı qısametrajlı filmin nümayişi və böyük dramaturq, romantik şair Hüseyn Cavidin yeganə oğlu, unudulmaz bəstəkar Ərtoğrol Cavidin musiqilərinin səsləndirilməsi nəzərdə tutulub.  Həmçinin, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin zəngin fondlarında mühafizə olunan materiallar əsasında foto-slaydının göstərilməsi, həmçinin Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevin “1930-53-cü illərdə repressiyaya məruz qalan elm xadimləri” mövzusunda mühazirə oxuyacağı gözlənilir.    

Ünvan: AZ1005, Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç., 4 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015