AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Molla Pənah Vaqifə həsr olunmuş kitabın təqdimatı keçiriləcək
Apr 11, 2017 | 09:42
Oxunub ( 465 )

Aprelin 13-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Molla Pənah Vaqif” kitabının və kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazasının təqdimatı keçiriləcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvi, Əməkdar elm xadimi Nizami Cəfərovun müəllifi olduğu kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilib.
Sözügedən kitab Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən hazırlanıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015