AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
"Yeni mərhələdə elmi əlaqələrin inkişafı, dialoq və əməkdaşlıq" mövzusunda beynəlxalq elmi seminar keçiriləcək
Dek 15, 2016 | 11:46
Oxunub ( 626 )

19-20 dekabr 2016-cı il tarixlərində AMEA-nın və MDB-nin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə "Yeni mərhələdə elmi əlaqələrin inkişafı, dialoq və əməkdaşlıq" mövzusunda beynəlxalq elmi seminar keçiriləcək.

Tədbirdə MDB-yə üzv ölkələrin, həmçinin Gürcüstan və Estoniyanın elmlər akademiyalarının 25-ə qədər rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur.

Seminarın açılış mərasimi dekabrın 19-də saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutacaq.

Ünvan: Bakı ş., H.Cavid pr., 129.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015