AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyi ilə əlaqədar AMEA-da konfrans keçiriləcək
Noy 23, 2016 | 10:38
Oxunub ( 1335 )

Noyabrın 24-də saat 11:00-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyinə həsr edilən "Nizami və dünya ədəbiyyatı" mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Tədbirdə  qüdrətli söz ustasının  ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığına nəzər salınacaq, onun dünyaca məşhur əsərlərindən bəhs ediləcək.

Ünvan: Bakı şəhəri,  İstiqlaliyyət küçəsi, 53.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015