
“Müstəqillik illərində Azərbaycan və MDB ölkələrinin incəsənəti” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
Okt 05, 2016 | 10:08
Okt 05, 2016 | 10:08
Oxunub ( 2368 )
Oktyabrın 10-da saat 10:00-da AMEA-nın Əsas binasında Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümünə həsr olunan “Müstəqillik illərində Azərbaycan və MDB ölkələrinin incəsənəti” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə baş tutacaq tədbirdə “Müstəqil türk ölkələrinin boyakarlığında Qorqud surəti”, “Musiqi türkologiyasının əsasları”, “Müstəqillik illərində Azərbaycan memarlığının inkişafı”, “Azərbaycanda müasir xalça sənətinin inkişafı” və digər mövzularda məruzələr dinləniləcək.
Ünvan: Bakı ş., H.Cavid pr., 115, IX mərtəbə.