AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-da Xalq şairi Səməd Vurğunun 110 illik yubileyi qeyd olunacaq
İyl 26, 2016 | 02:14
Oxunub ( 1691 )

Cari ilin payızında AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda bu elm müəssisəsinin təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək.

Tədbirdə şairin həyat və yaradıcılığına nəzər salınacaq, “Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində”, “Tənqidin Səməd Vurğun hədəfi”, “Səməd Vurğun dramaturgiyasında müəllif problemi”, “Səməd Vurğun və teatr”, “Səməd Vurğunun dili” mövzularında məruzələr dinləniləcək.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015