AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Müasir dilçiliyin aktual problemləri” mövzusunda Beynəlxalq konfrans keçiriləcək
İyl 05, 2016 | 09:40
Oxunub ( 1981 )

24-25 noyabr 2016-cı il tarixlərində Sumqayıt Dövlət Universitetində bu təhsil ocağının və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Müasir dilçiliyin aktual problemləri” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə iştirak etmək istəyənlər məruzələrin tezislərini 10 noyabr 2016-cı il tarixinədək konfransın Təşkilat Komitəsinə göndərə bilərlər.

Konfransın işi aşağıdakı bölmələr üzrə təşkil olunacaq:

-  Ədəbi dil və dil normaları qloballaşma şəraitində: mövcud vəziyyət və problemlər;

-  Türkologiya, Kütləvi informasiya vasitələrinin dili;

-  Müqayisəli dilçilik: dillərin linqvodidaktik təsviri;

-  Üslubiyyat və semantika;

-  Tərcüməşünaslıq: nəzəriyyə və təcrübə;

-  Multikulturalizm və dil.

Məruzələrin tərtibatına dair tələblər: 

- Mətnlər Word-A4 formatında 2 səhifə həcmində olmalıdır;

- Times New Roman, 12 şrift, 1 interval 1,0. yazılmalıdır;

 Müəllifin adı, soyadı, atasının adı və iş yeri göstərilməlidir.

- Müəllifin ad və soyadından sonra səhifənin ortasında məqalənin adı böyük qara hərflərlə yazılmalıdır;

Ünvan: Sumqayıt şəhəri, Sumqayıt Dövlət Universiteti (III tədris korpusu), 16-cı məhəllə.

Telefon: (+994 18) 6553666

E-mail: ezemet.rustem@mail.ru 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015