AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
"Elm və İnnovasiya" elmi-populyar proqramının ilk buraxılışı yayımlanacaq
May 27, 2016 | 12:49
Oxunub ( 1625 )
Mayın 31-də saat 22:15-də "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində (AzTV) "Elm və İnnovasiya" elmi-populyar proqramının ilk buraxılışı yayımlanacaq. Verilişin qonağı AMEA prezidenti, akademik Akif Əlizadə olacaq.

Proqramda Azərbaycan Milli Elmlər Akademiyasında son dövrlər aparılan islahatlar, ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı, həmçinin müasir dünyanın çağırışları ilə şərtlənən Azərbaycan elminin əsas hədəfləri və prioritetləri müzakirə olunacaq.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015