AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Türkologiya” jurnalının 2016-cı il üçün birinci nömrəsi nəşrə hazırdır
May 17, 2016 | 04:00
Oxunub ( 1740 )

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Türkologiya” jurnalının 2016-cı il üçün birinci nömrəsi yaxın günlərdə işıq üzü görəcək.

Jurnalın bu nömrəsində Azərbaycan, türk, ingilis və rus dillərində Türkiyə, Rusiya, Qazaxıstan, Türkmənistan, Almaniya, Albaniya və Azərbaycan alimlərinin məqalələri yer alır. Oxucu nəşrdə dilçilik, folklor, mifologiya, tarix və digər sahələrdə diqqətəlayiq elmi nümunələrlə qarşılaşacaq.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə jurnal artıq daha geniş istiqamətləri ehtiva edir. Beynəlxalq elmi jurnalın bu nömrəsində “Türkoloji irs”, “Dilçilik problemləri”, “Ədəbiyyat və folklor”, “Mifologiya”, “Fəlsəfə və tarix”, “Yazılı abidələr” rubrikalarında yer alan nəzəri məqalələr, həmçinin “Müzakirə və diskussiya”, “I Türkoloji qurultayın 90 illiyi”, “Kitabi-Dədə Qorqud” dastanının dünya elminə tanıdılmasının 200 illiyi”, “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia”, “Nekroloqlar” bölmələrində toplanan yazılar oxucuların marağına səbəb olacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının ənənələrinin davam etdirilməsi, türkologiyanı təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin mütəxəssisləri üçün də maraqlı etməkdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015