AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-da görkəmli alim Tofiq Hacıyevin 80 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
May 16, 2016 | 03:57
Oxunub ( 1492 )

Mayın 18-i saat 11:00-da AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli türkoloq, Türk Dil və Tarix Qurumunun fəxri üzvü, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək.

Tədbirdə “Tofiq Hacıyevin Azərbaycan ədəbi dili tarixinin öyrənilməsində xidmətləri”, “Akademik Tofiq Hacıyev: böyük alim, müəllim və ictimai xadim”, "Tofiq Hacıyev və “Kitabi-Dədə Qorqud”, “Görkəmli alim və böyük müəllim” mövzularında məruzələr dinləniləcək.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 115.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015