AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
May 02, 2016 | 10:27
Oxunub ( 833 )

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. Vakant yerlər “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsinə böyük elmi işçi və kiçik elmi işçi, “Mədəni irs və mənbəşünaslıq” şöbəsinə elmi işçi, S.Yesenin adına Rusiya-Azərbaycan Ədəbi Əlaqələr Mərkəzinə şöbə müdiri və elmi işçi vəzifələrinə bir yerdir.

Müsabiqədə filologiya üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53.

Telefon: (+994 12) 492 61 37

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015