
AMEA-da Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunmuş elmi sessiya keçiriləcək
Fev 01, 2016 | 12:00
Fev 01, 2016 | 12:00
Oxunub ( 1216 )
Fevralın 3-də saat 11:00-da Ədəbiyyat İnstitutunun Elektron Akt zalında bu elmi müəssisənin və AMEA Rəyasət Heyətinin birgə təşkilatçılığı ilə ədəbiyyatımızın tanınmış nümayəndəsi, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunan elmi sessiya keçiriləcək.