
Yan 10, 2016 | 10:00
13 yanvar 2016-cı il tarixində AMEA Humanitar Elmlər və İctimai Elmlər Bölmələrinin birgə ümumi iclası keçiriləcəkdir.
İclasda hər iki bölmənin elmi-tədqiqat müəssisələrinin 2015-2016-cı tədris ili üçün fəlsəfə doktorluğu və elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya qəbulunun nəticələrinin, həmçinin “Azərbaycanın XIX-XX əsrlərdə yaşayıb, fəaliyyət göstərmiş elm və mədəniyyət xadimlərinin şəxsi imzalarının (qollarının) toplandığı “Şəxsi imzalar” kitabının tərtibi, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, t.ü.f.d. İlhamə Məmmədovanın "Təbriz şəhərinin maddi mədəniyyəti" monoqrafiyası, “Azərbaycanın mühacirət ədəbiyyatı: təşəkkülü, inkişaf mərhələləri və problemləri”, “Hüseyn Cavid irsi Azərbaycançılıq ideologiyasının ədəbi-bədii və fəlsəfi mənbəyi kimi” elmi-tədqiqat layihələri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.